"Bərzani referendumu ləğv etməlidir", M.Çavuşoğlu

İraq Kürd Regional İdarəçiliyi 25 sentyabrda keçirdiyi geyri-qanuni referendumu ləğv etməlidir. Bunu Xarici işlər naziri Mevlüt Çavuşoğlu deyib.

834815
"Bərzani referendumu ləğv etməlidir", M.Çavuşoğlu

Xarici işlər naziri Çavuşoğlu, Kosovo Baş nazirinin müavini və xarici işlər naziri Behçət Pacolli ilə təşkil etdiyi birgə mətbuat konfransında mövzuya toxunub.

İraq Kürd Regional Hökumətinin referendumu dayandırma qərarını geri addım olaraq qiymətləndirən Xarici işlər naziri Mevlüt Çavuşoğlu: “ Bərzaninin qərarını yüksək qiymətləndiririk. Ancaq bu addım qənaətbəxş deyil. Referendum nəticəsi şərtsiz ləğv edilməlidir”.

Nazir Çavuşoğlu, İraq - Türkiyə arasındakı sərhəd qapılarının mərkəzi hökumətin nəzarətinə keçməsi halında yeni sərhəd qapısına zərurət olarsa lazımlı addımı atmaqda imtina etmiyəcəklərini sözlərinə əlavə edib.



Әlaqәli Xәbәrlәr