Mehmet Şimşək:"Türkiyə -Rusiya münasibətləri qarşıdakı illərdə daha da güclənəcək"

Türkiyə baş nazirinin müavini Mehmet Şimşək Türkiyə-Rusiya Media Forumunda çıxış etdi.

833600
Mehmet Şimşək:"Türkiyə -Rusiya münasibətləri qarşıdakı illərdə daha da güclənəcək"

Türkiyə baş nazirinin iqtisadi məsələlər üzrə müavini Mehmet Şimşək  beynəlxalq media təşkilatı Global Connection tərəfindən Antalya Bələk Turizm Bölgəsində keçirilən Türkiyə-Rusiya Media Forumunda çıxış edərək dünya və Türkiyə iqtisadiyyatından danışdı.
 
 Şimşək  qlobal böhrandan sonra dünya iqtisadiyyatında inkişafın olduqca ləngidiyini qeyd etdi.
 
 Baş nazirin müavini Rusiya ilə Türkiyənin G20-nin üzv ölkələri olduğunu xatırlatdı, bu platformadakı əməkdaşlıq və həmrəyliyin problemləri həll etmə məsələsində çox əhəmiyyətli olduğunu ifadə etdi.

 Mehmet Şimşək: "Rusya Federasiyası ilə çox güclü dostluq və qonşuluq münasibətlərimizin olmasını arzu edirik.  İnanıram ki, qarşıdakı dövrdə əməkdaşlığımız, müttəfiqliyimiz daha da güclənəcək. Ticari əlaqələrimiz , insanlar arasında dialoq olduqca intensivdir. Qarşılıqlı investisiyalarda sıçrayış var. Birlikdə hazırladığımız "Türk Axını", atom elektrik stansiyası layihəsi kimi böyük layihələr var. Türkiyə gələcəyi parlaq bir ölkədir. Rusiyanın da gələcəyi olduqca parlaqdır. Rusiya ilə Türkiyənin qonşuluqla yanaşı, dostluq, tərəfdaşlıq perspektivi əlaqələri qarşıdakı illərdə daha da möhkəmləndirəcəyinə inanırıq" dedi.
 
Türkiyə baş nazirinin müavini çıxışdan sonra Rusiya jurnalistlərinin suallarını cavablandırdı.



Әlaqәli Xәbәrlәr