"Əgər o, “vizaları qaldırdıq” deyə bilirsə, o zaman mən də..." R.T.Ərdoğan

İstanbulda keçirilən TRT World Forumunun yekun iclasında iştirak edən Ərdoğan dünyaya səslənərək deyi

831095
"Əgər o, “vizaları qaldırdıq” deyə bilirsə, o zaman mən də..." R.T.Ərdoğan

  Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan güclü olanın haqlı olduğu bir dünya ilə razılaşmağın mümkün olmadığını deyib.

  İstanbulda keçirilən TRT World Forumunun yekun iclasında iştirak edən Ərdoğan dünyaya səslənərək deyib:    “Əgər demokratiksək, əgər ədaləti axtarırıqsa, əl-ələ verək, “Dünya 5-dən böyükdür” deyək.

  Amerika Birləşmiş Ştatları separatçı terror təşkilatı PKK-nın Suriya davamı PYD/YPG-yə silah yardımı edir. Bir terror təşkilatının əliylə başqa bir terror təşkilatını yox etmək məntiqli hərəkətdirmi?  

  Avropanın terror təşkilatlarına qarşı mövqeyi də maraqlıdır. PKK Avropa İttifaqı qeydlərində terror təşkilatı olaraq yazılır, amma ölkələri Türkiyənin terrorçularla bağlı verdiyi qovluqları nəzərə almırlar.

  Fətullahçı Terror Təşkilatının (FETÖ) xaricdə qərargahı çalışır. Başçısı Pensilvaniyada. Bu adam oradan 170 ölkəni idarə edir. Əlbəttə, bu adam simvolik fiqurdur, başqaları da idarə edir.

  ABŞ-la bağlı viza böhranına gəlincə. Kimdir ABŞ-ın Türkiyədəki səfiri? O boyda ABŞ-ın adından “vizaları qaldırdıq” deyə bilirsə, o zaman mən də “strateji tərəfdaşlığı müzakirə edək” deyirəm.

  Körfəz ölkələrində narahatlıqlar baş qaldırır. Problemlərin tamamilə aradan qalacağına ümid edirəm.

  Qətərdən əvvəl mən Türkiyə hərbi bazasını yaratmaq fikrini Səudiyyə Ərəbistanına təklif etmişdim. Oradan cavab gəlsəydi, biz orada da baza qura bilərdik. Müxtəlif ölkələrə hərbi baza qurmaq imkanı verən Körfəz niyə Türkiyəyə razılıq vermir?

  Türkiyə 2011-ci ildən Suriyada vətəndaş müharibəsindən qaçıb ölkəyə sığınan insanlara 30 milyard dolardan artıq yardım edib.”



Әlaqәli Xәbәrlәr