Türkiyə ilə İran arasındakı əməkdaşlı güclənərək davam edəcək, B.Yıldırım

PKK terror təşkilatına qarşı mübarizənin  təsirli  ola  bilməsi üçün İran ilə əməkdaşlıq əhəmiyyət kəsb edir. Bunu Türkiyənin Baş naziri Binali Yıldırım deyib.

830450
Türkiyə ilə İran arasındakı əməkdaşlı güclənərək davam edəcək, B.Yıldırım

Baş nazir Binali Yıldırım Türkiyədə səfərdə olan İranın vitse –prezidenti İshaq Cahangir ilə bir araya gəldikdən sonra Çankaya köşkündə təşkil edilən birgə mətbuat konfransında : “Türkiyənin 40 ildir mübarizə etdiyi PKK-nı darmadağın edəbilmək üçün İran ilə əməkdaşlığı yüksək qiymətləndiririk. İki ölkə arasında terrora qarşı mübarizədə  əməkdaşlığımız artaraq davam edəcək”.

Baş nazir B.Yıldırım, Şimali İraqda cərəyan edən proseslərə də toxunaraq bildirib ki; “Atılan addımlar, bölgədə yaşayan Kürd, Ərəb, Türkmən, assuri və bir çox etnik qrupu daha yaxşı gələcəyə qovuşdurmaq yox, bölgədəki idarəçilərin fərdi ehtiraslarının nəticəsidir. Bu macəraya səbəb olanların bölgədə artıq var olmaları və xalqa rəhbərlik edərək həyatlarını davam etdirmələri çətindir. Bölgədə yaşayanların əziyyət çəkməmələri üçün daha lazımlı addımlar təcili atılmalıdır. Bölgənin gələcəyinə eyni həssaslıqla yanaşan  Türkiyə və İran bu sahədə də əməkdaşlığı davam edəcək.



Әlaqәli Xәbәrlәr