"Moqadişuda yaralananlar müalicə üçün Türkiyəyə gətirilir", İ.Kalın

Türkiyə dövlət aparatı Baş katibinin müavini və sözçüsü İbrahim Kalın sosial media hesabından paylaşdığı açıqlamada bildirib.

827231
"Moqadişuda yaralananlar müalicə üçün Türkiyəyə gətirilir", İ.Kalın

  Somalinin paytaxtı Moqadişudakı terror hücumunda yaralananlar müalicə olunmaq üçün Türkiyəyə gətirilir.

  Dövlət aparatı Baş katibinin müavini və sözçüsü İbrahim Kalın sosial media hesabından paylaşdığı açıqlamada Türkiyənin Somalinin paytaxtı Moqadişudakı bombalı terror hücumunu kəskin şəkildə qınadığını bildirib, hücumda həyatını itirənlər üçün Allahdan rəhmət, yaralılara şəfalar diləyib.

  İ.Kalın onu da bildirib ki, “Dövlət başçımızın tapşırığı ilə hərbi təcili yardım təyyarəsi tibbi yardım aparmaq və yaralıları müalicə üçün Türkiyəyə gətirmək üçün bu gün (15 oktyabr) yola çıxır".



Әlaqәli Xәbәrlәr