Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Novi Bazar şəhərində xalqa müraciət etdi

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Serbiyaya səfəri zamanı Novi Bazar şəhərinin bələdiyyə binasının qarşısında xalqa müraciət edib.

825076

Serbiyanın müxtəlif şəhərlərindən Dövlət başçısı Ərdoğanı görmək üçün minlərlə insan şəhərə axın edib.

7 ildən sonra yenidən Novi Bazara gedən Ərdoğanın səfəri Boşnaq (bosniyalılar) əhalinin sıx yaşadığı şəhərdə bayram havası yaranmasına səbəb olub.  

Şəhərin meydanını dolduran kütlə əllərində Türk bayraqları ilə yanaşı Serbiya və Sancaq bayraqlarını da daşıyıblar.  

Novi Bazara Serbiya prezidenti Aleksandr Vucic ilə baş çəkən Ərdoğan etdiyi çıxışında birlik və bərabərlik mesajı verərək Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyini (FETÖ/PDY) Türkiyədə olduğu kimi Balkanlardan da təmizləyəcəklərini söyləyib.

Әlaqәli Xәbәrlәr