Muğlaya Suriyadan keçən terrorçular yaxalandı

Muğla Rayon Polis İdarəsi Terrorla Mübarizə İdarəsinin briqadaları aparılan kəşfiyyat nəticəsində terrorçuların Muğlaya gətirdikləri Suriya əsilli 3 gəmi personalı və 1 PKK üzvünün Seydikemerdə olduqlarını müəyyənləşdirib.

823542
Muğlaya Suriyadan keçən terrorçular yaxalandı

  Türkiyənin Muğla şəhərinin Seydikemer qəsəbəsində təşkil edilən əməliyyatda Suriyanın Lazkiye rayonundan separatçı terror təşkilatı PKK-nın üzvlərinin dəniz yoluyla gətirdikləri üç Suriya vətəndaşı olan gəmi personalı və bir terrorçu nəzarətə alınıb.

  Muğla Rayon Polis İdarəsi Terrorla Mübarizə İdarəsinin briqadaları aparılan kəşfiyyat nəticəsində terrorçuların Muğlaya gətirdikləri Suriya əsilli 3 gəmi personalı və 1 PKK üzvünün Seydikemerdə olduqlarını müəyyənləşdirib. Əməliyyat zamanı nəzarətə alınan 4 nəfər polisdə ifadə verdikdən sonra sağlıq nəzarətindən keçirilib və ədliyyəyə sövq edilib.

  Xatırladaq ki, oktyabrın 4-də də Muğlanın Seydikemer qəsəbəsi yaxınlığında 4 terrorçu və 3 tərəfdarı yaxalanmış, bir gün sonra isə 5 terrorçu zərərsizləşdirilmişdi.



Әlaqәli Xәbәrlәr