Rәcәb Tayyib Әrdoğan bu gün İrana sәfәr edәcәk

Türkiyәnin dövlәt başçısı Rәcәb Tayyib Ərdoğan  bu gün İrana rәsmi sәfәr edәcәk.

819715
Rәcәb Tayyib Әrdoğan bu gün İrana sәfәr edәcәk

Türkiyәnin dövlәt başçısı Rәcәb Tayyib Ərdoğan  bu gün İrana rәsmi sәfәr edәcәk.

Rәcәb Tayyib Әrdoğan sәfәri çәrçivәsindә İranın dini lideri Ayәtullah Seyyid Әli Xamaneyi  vә dövlәt başçısı Hәsәn Ruhani ilә görüş keçirәcәk.

Әldә olunana mәlumata görә, görüşlәrdә İraq Kürd Regional Rәhbәrliyinin sentyabrın 25-dә keçirdiyi qanunsuz müstәqillik referendumu, Suriyadakı deeskalasiya zonaları vә İraqdakı son proselәr müzakirә olunacaq.

Görüşdә hәmçinin ikitərəfli münasibətlərin bütün aspektlərinin müzakirә edilmәsi gözlәnilir.

İki lider Türkiyә-İran Yüksәk Sәviyyәli Әmәkdaşlıq Şurasının 4-cü iclasına da sәdrlik edәcәk.

 



Әlaqәli Xәbәrlәr