“ İrana-Türkiyə arasında əhəmiyyətli qərarlar qəbul edildi”:Ərdoğan

Prezident Ərdoğan İrana reallaşdırdığı rəsmi səfər çərçivəsində həmkarı Həsən Ruhani ilə ikilikdə və heyətlərarası görüş keçirib.

820364
“ İrana-Türkiyə arasında əhəmiyyətli qərarlar qəbul edildi”:Ərdoğan

Prezident Ərdoğan danışıqlardan sonra təşkil edilən birgə mətbua konfransında, 25 Sentyabrda İraq Kürd Regional Rəhbərliyində təşkil edilən müstəqillik referendumun yalnız İsrail rəhbərliyi tərəfindən tanındığını xatırladıb və İsrail kəşfiyyatı MOSSAD ilə razılaşma nəticəsində qəbul edilən qərarın legitim ola bilməyəcəyini vurğulayıb.

İran dövlət başçısı Ruhani ilə keçirdiyi görüşə də toxunan prezident Ərdoğan: “ Danışıqlar zamanı əsas müzakirə mövzusu regional problemlər olmuşdur. İraq məsələsini təhlil etdik. Şimali İraq Regional Rəhbərliyinin referandumu geyri-qanunidir. Qərarı İsraildən özgə tanıyan ölkə yoxdur. Təkçə bir ölkənin dəstəyi ilə belə bir addım atan Şimali İraq regional rəhbərliyi yalnızlığa məhkum olacaq. İran və Türkiyə belə bir addımı qanuni qəbul etməz. Bundan sonra, bütün əlaqələr mərkəzi  İraq  rəhbərliyi ilə davam edəcək”.

Türkiyə ilə İran arasındakı ikitərəfli əlaqələrə də toxunan prezident Ərdoğan, “İqtisadi əlaqələrimizi mövcud valyuta təzyiqindən xilas edərək, ölkələrimiz arasındakı ticarətin yerli pul vahidi ilə reallaşdırılmasına dair qərar qəbul etdik. Bununla əlaqəli müqavilə, mərkəzi banklarımızın nümayəndə heyətylərinin qarşıdakı həftə təşkil edəcəkləri iclasda imzalanacaq. Həmçinin banklarımızın qarşılıqlı olaraq şöbələr açmaları da nəzərdə tutulub”.

İran dövlət başçısı Həsən Ruhani də öz növbəsində: Cənab Ərdoğan ilə səmərəli və məhsuldar danışıqlar etdik. Əsas məqsəd, bölgədə sülh və sabitliyi bərpa etmədir. İraq və Suriyanın ərazi bütövlüyünə dəstəyimiz tamdır. İran Türkiyədə investisiya həyata keçirməkdə hazırdır. Biz də Türk işadamlarına lazımlı dəstəyi verəcəyik. İki ölkə arasındakı ticarət dövrüyəsini 30 milyard dollara qaldırmağı planlaşdırırıq. Sərhəd qapıları 24 saat xidmət çatdıracaq”.

Qeyd edə ki, iki ölkə arasında, başda enerji olmaqla xeyli sayda razılaşma imzalanıb.

 



Әlaqәli Xәbәrlәr