R.T.Әrdoğan TBMM-nin yeni qanunvericilik ilinin açılışı münasibәtilә verilәn ziyafәtә qatılıb

Rәcәb Tayyib Әrdoğan Türkiyә Böyük Millәt Mәclisinin yeni qanunvericilik ilinin açılışı münasibәtilә verilәn ziyafәtdә mühüm bәyanatlar verib.

817860
R.T.Әrdoğan TBMM-nin yeni qanunvericilik ilinin açılışı münasibәtilә verilәn ziyafәtә qatılıb

Türkiyәnin dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan İraq Kürd Regional Rәhbәrliyinin sentyabrın 25-dә keçirdiyi qanunsuz müstәqillik referendumu mәsәlәsindә  Türkiyәnin hәr şeyә hazır olduğunu deyib.

Rәcәb Tayyib Әrdoğan Türkiyә Böyük Millәt Mәclisinin yeni qanunvericilik ilinin açılışı münasibәtilә verilәn ziyafәtdә mühüm bәyanatlar verib.

Dövlәt başçısı Türkiyә Silahlı Qüvvәlәrinin Baş Qәrargah rәisi Hulusi Akarın İraq Kürd Regional Rәhbәrliyindәki  proseslәri müzakirә etmәk üçün İrana sәfәr etdiyini qeyd edib.

Rәcәb Tayyib Әrdoğan oktyabrın 4-dә  özünün dә bu ölkәyә sәfәr edәcәyini xatırladıb.



Әlaqәli Xәbәrlәr