“Könülləri Kərbəla çölü olmaqdan qurtarmaq üçün qardaşlığa ehtiyac var”, R.T.Ərdoğan

R.T.Ərdoğan: "1378 il əvvəl baş verən Kərbela hadisəsində müxtəlif işgəncələrə məruz qalan Peyğəmbər əfəndimizin nəvəsi Hz.Hüzeyn və Əhli-Beyt üzvlərini rəhmətlə yad edirəm. Kərbəla hadisəsindən dərs alınmalıdır..."

817586
“Könülləri Kərbəla çölü olmaqdan qurtarmaq üçün qardaşlığa ehtiyac var”, R.T.Ərdoğan

  Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan bu sözləri sosial media hesabından paylaşıb.

  R.T.Ərdoğan deyib: "1378 il əvvəl baş verən Kərbəla hadisəsində müxtəlif işgəncələrə məruz qalan Peyğəmbər əfəndimizin nəvəsi Hz.Hüzeyn və Əhli-Beyt üzvlərini rəhmətlə yad edirəm.

  Kərbəla hadisəsindən dərs alınmalıdır. Könüllərimizi Kərbəla çölü olmaqdan qurtarmak üçün hər zaman qardaşlığa, ülfətə, birləşməyə və məhəbbətə ehtiyacımız olduğunu ağlımızdan çıxarmamalıyıq.

  Aşura günündə bütün İslam aləmi və bütün insanlığa dinclik, sülh, rifah və xeyirlər arzulayıram. Allah Məhərrəm oruclarını qəbul etsin".

 



Әlaqәli Xәbәrlәr