“İqtisadi əlaqələrdə müraciət edəcəyimiz tərəf İraqdakı mərkəzi hökumətdir”, B.Yıldırım

Baş nazir Binəli Yıldırım İraq ilə bütün iqtisadi əlaqələrdə görüşlərin İraqdakı mərkəzi hökumətlə keçiriləcəyini söyləyib.

816143
“İqtisadi əlaqələrdə müraciət edəcəyimiz tərəf İraqdakı mərkəzi hökumətdir”, B.Yıldırım

Baş nazir Binəli Yıldırım İraq ilə bütün iqtisadi əlaqələrdə görüşlərin İraqdakı mərkəzi hökumətlə keçiriləcəyini söyləyib.

“Sərhəd-keçid məntəqələrində İraq mərkəzi hökuməti ilə əlaqə saxlayacağıq. Hava limanlarında və iqtisadi fəaliyyətlərimizdə də eləcə”-deyə Baş nazir Yıldırım vurğulayıb.

Baş nazir Binəli Yıldırım Hitit Universitetində keçirilən “Beynəlxalq Kadeş Sülh, Bərabərlik və Qardaşlıq Simpoziumu”nda etdiyi çıxışda deyib ki, İraq Kürd Regional Rəhbərliyinin (İKRR) sentyabrın 25-də keçirdiyi referendum Türkiyə üçün nəticəsi olmayan addımdır. Bəziləri təəssüf ki, şəxsi ehtiraslarla orda yaşayan yüz minlərlə, milyonlarla günahsız insanın gələcəyini qaranlıqda qoymağı da nəzərdə tutaraq bir macera arxasınca gedir. Bu referendum harasından baxsanız bölgəyə dinclik, qardaşlıq , sülh gətirməz.

Baş nazir müavini Bəkir Bozdağ da həmin mövzuya dair jurnalistlərə verdiyi bəyanatda bildirib ki, biz bundan sonra İraq ilə olan bütün əlaqələrimizi Şimali İraq Regional Rəhbərliyində yaşayan xalqı da maraqlandıran mövzular da daxil olmaqla İraqdakı mərkəzi hökumət üzərindən davam etdirməyi qərara aldıq. Buna görə də sərhəd-keçid məntəqələri, səyahət, viza və digər bütün mövzularda bundan sonra Türkiyə Cümhuriyyəti Dövləti İraq mərkəzi hökuməti ilə əlaqədə olacaqdır.



Әlaqәli Xәbәrlәr