"Sənin müstəqilliyini kim qəbul edəcək?"

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan İraq Kürd Regional Rəhbərlikdə ötən gün keçirilən qeyri-qanuni müstəqillik referendumunun Türkiyəyə xəyanət olduğunu söylədi.

814477
"Sənin müstəqilliyini kim qəbul edəcək?"

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan İraq Kürd Regional Rəhbərlikdə ötən gün keçirilən qeyri-qanuni müstəqillik referendumunun Türkiyəyə xəyanət olduğunu söylədi.

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan “2017-2018-ci illərdə Ali təhsil akademik ili”nin açılış mərasimində İraqın şimalındakı yerli hökumətin təşəbbüsü ilə keçirilən “referendum”u dəyərləndirib. O deyib ki, İraqın şimalındakı yerli hökumət “referendum”u keçirməkdə israr etdi: "İsraildən başqa bunu dəstəkləyən ölkə və beynəlxalq qurum yoxdur. Bu, bölgədə yeni münaqişə ocağının yaranacağından xəbər verir. Dünya İsraildən ibarət deyil. Kosovanın müstəqilliyini 114 dövlət tanıyıb. Amma hələ də çətinlikləri var. Sən bir İsraillə nə edəcəksən? “Biz etdik, oldu” deməklə olmur. Olmayacaq, heç vaxt ola bilməyəcək. Sanksiyaları tətbiq etməyə başladıqda ortada qalacaqsınız. Əgər neft xəttini bağlasaq, iş bitəcək. Tırlar İraqın şimalında işləmədiyi vaxt artıq yeməyə heç nə tapa bilməyəcəklər. Sanksiyaları tətbiq etməyə məcburuq. Bunlara İsrail nəyi və haradan göndərəcək?"

Ərdoğan İraq Kürd Regional Rəhbərliyin başçısı Bərzaninin belə bir səhv addım atacağını ehtimal etmədiklədirini vurğulayaraq qeyd edib ki, deməli, yanılmışıq. Alınan bu qərar açığı ölkəmiz üçün də xəyanətdir. Bu məsələ Bərzaninin iddia etdiyi kimi “kürdlərin haqqı” məsələsi deyil. Əyalət olaraq varlığını davam etdir. Bu yollara getməyə nə ehtiyac vardı? Türkmənlər, ərəblər səsverməyə getmədi. “Referendum”u İraqın şimalındakı yerli hökumət keçirir. Terrorçu PKK isə bayram edir. İştirakçıların sayı da şübhəlidir. Unutmayın ki, bu gün sizi qışqırdanlar sabah çıxıb gedəcəklər. 

Dövlət başçısı onu da deyib ki, bu məsələlərlə bağlı əlimizdə çoxlu tarixi məlumatlar var. Onlar müzakirəyə çıxarılıb gündəliyə gətiriləcək. İqtisadi sanksiyalardan tutmuş hərbi variantlaradək bütün planlar masa üzərindədir. Ümid edirəm ki, İraqın şimalındakı yerli hökumət ağlını başına toplayar, bunların tətbiqinə ehtiyac qalmaz.

“Hələ seçki qutuları açılmamış terror təşkilatı PKK mənbusları bayram edir, belə halada bu iş günahsız da, qanuni də deyil”deyə Ərdoğan vurğulayıb.



Әlaqәli Xәbәrlәr