B.Yıldırım: ‘‘Referendumun nәticәsi nә olarsa olsun hesabını bu addımı atanlar verәcәk’’

Baş nazir Binəli Yıldırım, İraq Kürd Regional Rəhbərliyinin keçirdiyi referendumun nəticəsini qәbul etmәyәcәklәrini deyib.

813151

 Referendumu "qeyri-qanuni" olaraq səciyyələndirən Binәli Yıldırım: ‘‘Referendumun nәticәsi nә olarsa olsun hesabını  bu addımı atanlar verәcәk’’ deyib.

Baş nazir Binәli Yıldırım Әdalәt vә İnkişaf Partiyasının bir tәdbirindәki çıxışında  ‘‘Türkiyәnin cәnub sәrhәdlәrindә status dәyişikliyi vә yeni quruluşu qәbul etmәyәcәklәrini deyib. Şimali İraqda keçirilәn referendumdan sonra baş verәcәk mümkün hadisәlәrdәn İraq Kürd Regional Rәhbәrliyi mәsul tutulacaqdır’’ deyib.

Binәli Yıldırım  referendumun İraq Kürd Regional Rәhbәrliyinin heç bir problemini hәll etmәyәcәyini ifadә edәrәk: " Referendum  bölgədə hazırda mövcud olan qeyri-sabitliyi, hakimiyyət boşluğunu və xaosu  artıracaq  və bunun bədəlini orada yaşayan insanlar ödəyəcək.  O bölgәdә yaşayan insanlara, kürd qardaşlarımıza bu zülmü rәva görәnlәr, әlbәttә bunun hesabını  öz xalqına başda olmaqla  bu işә qarşı olan  hәr kәsә verәcәklәr’’ deyib.

Әlaqәli Xәbәrlәr