"Bəziləri get-gedə yolunu itirir", R.T.Ərdoğan

Amerika Birləşmiş Ştatlarındakı görüşlərini tamamlamış Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan gəzinti zamanı ona yoldaşlıq edən jurnalistlərin suallarını cavablandırıb.

812624
"Bəziləri get-gedə yolunu itirir", R.T.Ərdoğan

  İraq Kürd Regional İdarəçiliyinin müstəqillik referandumuna reaksiya göstərən Ərdoğan Bərzani rəhbərliyinə yenə xəbərdarlıq edərək bu sözləri ünvanlayıb:

  “O torpaqlar təkcə kürdlərə aid deyil. Bəzilərinin oranı yalnız özününkü sayması və buna görə hərəkət etməsi böyük səhvdir. İşin tarixi ölçüsünə girsələr, görərlər ki, onların düşündüyü kimi deyil. Bəziləri get-gedə yolunu itirir. İraq konstitusiyası onların atdıqları addıma “səhv və etibarsız” qərarını verib. ABŞ da bu mövzuda konstitusiya tərəfində, yəni bizimlə eyni fikirdədir.

  Birləşmiş Millətlər Təşkilatının 72-ci Baş Assambleyası çərçivəsində 20-yə liderlə ikitərəfli görüşlərimiz oldu. Danışıqlarda əsasən İraq və Suriya mövzuları müzakirə edildi.

  Bildiyiniz kimi, Amerika Birləşmiş Ştatları prezidenti Donald Trampla da görüşdüm. Yenə görüşün mərkəzində Suriya və İraq var idi. Yenə məlum Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyi (FETÖ/PDY) məsələsi var idi. Biz FETÖ ilə əlaqədar ABŞ orqanlarına 85 qutu sənəd verdik. O, ABŞ məhkəməsi və ya istintaqına cəlb olunmayıb, amma bizə də təhvil vermirlər. Halbuki istəsələr, bu adamı rahatlıqla Türkiyəyə göndərə bilərlər. Zamanı gələndə səbəblər açıq şəkildə ortaya çıxacaq.

  Tramplə görüşdə o, S-400 mövzusunu açmadı. Bu, bizim qərarlı duruşumuzun əhəmiyyətini göstərir."

  Ərdoğan Arakan mövzusunda da danışaraq dünyanın hələ də səssiz qaldığını təəssüflə dilə gətirdi.



Әlaqәli Xәbәrlәr