Rəcəb Tayyib Ərdoğan ilə Heydər əl İbadi arasında telefon danışığı oldu

Telefon görüşündə ikitərəfli əlaqələr və bölgədəki hadisələrin son inkişafı müzakirə olundu.

809483
Rəcəb Tayyib Ərdoğan ilə Heydər əl İbadi arasında telefon danışığı oldu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İraq baş naziri Heydər əl İbadi ilə telefonla danışdı.

Prezident Aparatından verilən məlumata görə, telefon görüşündə ikitərəfli əlaqələr və bölgədəki hadisələrin son inkişafı müzakirə olunub.

İraq Kürd Regional Rəhbərliyinin keçirməyi planlaşdırdığı referendum barəsində də fikir mübadiləsi aparılan görüşdə bu istiqamətdəki israrın bölgədəki gərginliyi artitacağı qeyd edilib, İraqın ərazi bütövlüyünün qorunmasının vacibliyi vurğulanıb, İraq Ali Məhkəməsinin referendumla bağlı fəaliyyətləri dayandırma qərarı təqdir edilib.

Telefon görüşündə başda PKK və DEAŞ olmaqla, terrorla mübarizə məsələsindən də danışılıb.

Prezident Ərdoğan Dikarda törədilən mənfur terror hücumu ilə bağlı İraq baş naziri əl İbadiyə başsağlığı verib, həlak olanlara Allahdan rəhmət diləyib.



Әlaqәli Xәbәrlәr