R.T.Ərdoğan Kofi Annanla danışdı

Myanmarda arakanlıların məruz qaldığı faciəylə bağlı maraqlanan Ərdoğan K.Annanın məsələyə dair hazırladığı hesabat haqqında fikir mübadiləsi aparıb.

808499
R.T.Ərdoğan Kofi Annanla danışdı

  Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının Baş katibi və Rakhayn Həmrəylik Komissiyasının sədri Kofi Annanla telefonda danışdı.

  Myanmarda arakanlıların məruz qaldığı faciəylə bağlı maraqlanan Ərdoğan K.Annanın məsələyə dair hazırladığı hesabat haqqında fikir mübadiləsi aparıb. Söhbət zamanı Myanmardakı zorakılığın dayandırılması, bölgəyə humanitar yardımların çatdırılması və beynəlxalq cəmiyyətin bu barədə cəhdlər göstərməsi lazım olduğu vurğulanıb.

  Rakhayn Həmrəylik Komissiyasının sədri Annandan bölgədəki insanlıq dramına son qoyulması üçün Myanma rəhbərliyinə müraciət və məsələnin BMT Baş Məclisində müzakirə edilməsini tövsiyyə edib.

  R.T.Ərdoğan problemə həll tapmaq üçün Türkiyənin Myanma və Banqladeş hökumətləri birlikdə işləməyə hazır olduğunu söyləyib.



Әlaqәli Xәbәrlәr