Kölndə PKK təbliğat aparır, Almaniya isə "görmür"

Türkiyə PKK terrorçularının Almaniyada nümayiş və təbliğat aparmasına sərt reaksiya göstərib.

808425
Kölndə PKK təbliğat aparır, Almaniya isə "görmür"

    Almaniyanın Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb, Almaniya terrorun hər növünə qarşı prinsipli mövqe göstərməyə dəvət edilib.

  Xarici İşlər Nazirliyindən bildirilir: “Almaniyanın Köln şəhərində PKK terror təşkilatının Almaniyadakı əlaltıları ilə birlikdə tədbir keçirməsi və təbliğat aparmasına icazə verilməsini pisləyirik. Festival adı altında keçirilən təbliğat tədbiri zamanı, Almaniyadakı qanunvericiliyə əsasən qadağan olmasına baxmayaraq, PKK terror təşkilatının rəmzləri istifadə edilib, dəstəbaşı Öcalanın plakatları açılıb, PKK-nın hal-hazırki böyüklərinin mesajı oxunub və bütün bunlara göz yumulub. Göründüyü kimi, Almaniya terrorla mübarizədə ikili standart izləyir. Terrorizmlə qlobal mübarizə həyəcan vəziyyətdədir. Almaniyanı terrorun hər növünə qarşı prinsipli mövqeyə dəvət edirik”.



Әlaqәli Xәbәrlәr