"BMT-nin qərarvermə mexanizi iflic olub..." İ.Kalın

Türkiyə Cümhubaşkanlığı sözçüsü İbrahim Kalının “Daily Sabah” qəzetində (16.09.2017) “BMT və qlobal nizamsızlıq” adlı məqaləsi dərc olunub.

808566
"BMT-nin qərarvermə mexanizi iflic olub..." İ.Kalın

  Dünyanın ədalətə, sülhə, bərabərliyə, mərhəmətə və müdrikliyə ehtiyacı var, hal-hazırda BMT sisteminin təsis edə bilmədiyi, bəşəriyyətin ortaq faydası olan əbədi dəyərlərə.

  Dünya liderləri Birləşmiş Millətlər Təşkilatının 72-ci Baş Assambleyasında iştirak etmək üçün qlobal xaos və qarşıdurmanın getdikcə dərinləşdiyi bir zamanda Nyu-Yorka getdi. BMT və ona aid müxtəlif qurumlar dünya üçün nə qədər yaxşı olanı etməyə çalışsa da, təşkilatın indiki tərkibi qaldıqca BMT gərginliyi olan məsələlərə həll tapa bilməyəcək.

  BMT sistemi 1945-ci ildə yaranandan bu yana güclü rəhbərlik, gerçək ortaq qlobal gündəm və problemlərə həll tapa bilməmə çatışmazlığı ilə qarşı-qarşıyadır. Bu il də bu vəziyyətdə bir dəyişiklik gözlənilmir. Dünyada və tarixdə olan ən böyük təşkilat, 193 üzvlü BMT konkret siyasi və iqtisadi gündəmi yatırtmaq üçün hər zaman qlobal mövzulu çıxış və görüşlərə səhnə olur. Dövlət başçıları, heyətləri və BMT işçiləri arasında bir neçə yaxşı adam qlobal yurdumuzun xeyri üçün real dəyişikliklər tələb etsə də, məsələyə münasibət şəxslər və onların vicdanından, mövcud BMT Təhlükəsizlik Şurası strukturu, beş daimi üzvü və qalanlarının maraqlarından daha çox asılı qalır.

  Nə üçün daimi olan bu beş üzv BMT yaranandan 72 il sonra da bu Şurada oturur? Dırnaqarası “sülalə” 21-ci əsrdə də vəzifələri necə qanuniləşdirir? Bu vəziyyət BMT-ni dünyada təcili həllini gözləyən bütün məsələlərdə uğursuzluğa düçar edir.

  BMT Baş Assambleyası bu il "İnsana yönəlmə: daimi dünyada hamıya sülh və humanist həyat üçün mübarizə" mövzusu ətrafında bir araya toplanır. Bu mühüm məqsəd və onun reallaşması üçün kömək etməlidir. Ancaq faktiki həqiqətlər beynəlxalq birliyin yoxsulları və məzlumları qorumaqda və "hamıya humanist həyat" təmin etməkdə uğursuzluğunu göstərir. Gerçəklik - “dost çavuş” münasibətlərinin hakim olduğu kapitalizmdir. Gerçəklik - yenə müharibələr, müharibələrin arxasında durmaq və daha artıq müharibə törətməkdir ki, beləcə güc yarışında özlərini göstərir və silah şirkətlərilə birgə daha çox pul qazanırlar. Həqiqət - gün gündən zənginin daha da zənginləşdiyi, yoxsulun isə daha da yoxsullaşmasıdır. Həqiqət - Avropanın rifahda yaşayan millətlərinin və ABŞ-ın böyük bir etinasızlıq içində seyr etdikləri yüz milyonlarla yazıq, çarəsiz insanlardır.

  Yaxınlarda hazırlanan BMT hesabatı bu qəmgin həqiqəti bir daha təsdiq edir. İnkişaf Hüququ üzrə BMT-nin xüsusi məruzəçisi Saad Alfarargi hesabatı bölüşərək bunları deyib: "İnkişaf etməkdə olan ölkələrdəki insanlar öz iradələrinin xaricində olan qlobal təzyiqlərə görə ağır bədəl ödəyir... Dünyanın gördüyü ən böyük meydan oxumalara şahid oluruq. Bizdə isə ehtiyac duyulan kompleks dəyişiklik üçün lazım olan qlobal məsuliyyət və qətiyyət əskikdir".

  BMT bu dırnaqarası “qlobal məsuliyyət və qətiyyət”lə dünyaya nə verə bilər? Cavab sadədir: heç nə verə bilməz. Səbəbi isə öz maraqlarından kənara çıxmayan, qloballaşma mövzusundan yerli-yersiz istifadə edən, ayrı-ayrı ölkələrdə çoxmillətli şirkətləri məhdudlaşdıran bir dövrdə yaşamağımızdır. BMT-nin hal-hazırki strukturu öz üzv dövlətləri arasında belə ədalət və bərabərliyi təmin edə bilmir. BMT Təhlükəsizlik Şurasının hegemonluğu Suriya və Fələstindən Myanmaya qədər işğallar, müharibələr və etnik təmizləmələrə qarşı həll üçün bəslənən bütün ümidləri alt-üst edir.

  BMT-nin qərarvermə mexanizi iflic olub. Suriya və indi də Myanmada olduğu kimi, münaqişə, etnik təmizləmə, müharibə cinayətləri və insanlığa qarşı işlənən cinayətlərin qarşısını hər hansı şəkildə almaq üçün heç bir gücü yoxdur. Myanmadakı rohingya xalqına tətbiq olunan şiddət hadisələri, 400 min rohingyalı müsəlmanın Myanma ordusu və bütpərəst şovinictlərin silahları altında vəhşicəsinə evlərini tərk etməyə məcbur edilməsinə BMT-nin qərarı çox gecikdi.

  Rohingya xalqına həyata keçirilən qətliama qarşı Türkiyə başçısı Rəcəb Tayyib Ərdoğan təkbaşına çox böyük səy sərf etdi, BMT və dünya ölkələrini səfərbər etməyə çalışdı.

  Türkiyə hal-hazırda Myanma və Banqladeşdəki rohingya xalqına yardım göndərən ilk və yeganə böyük ölkədir. Türkiyənin birinci xanımı Əminə Ərdoğan iki nazirlə olanları gözü ilə görmək üçün Banqladeşə getdi. Rohingyalılar əmin olmalıdır ki, bu insanlıq fəlakəti başa çatdıqdan sonra da Türkiyə onlara yardım etməyi əsla buraxmayacaq.

  R.T.Ərdoğan BMT Təhlükəsizlik Şurasının daimi beş üzvü üçün "Dünya beşdən böyükdür" deməkdə haqlıdır. Dünyanın ədalətə, sülhə, bərabərliyə, mərhəmətə və müdrikliyə ehtiyacı var, hal-hazırda BMT sisteminin təsis edə bilmədiyi, bəşəriyyətin ortaq faydası olan əbədi dəyərlərə. Əgər BMT 21-ci əsrdə bir məna daşımaq və əsası olmasını istəyirsə, sistemini yenidən qurmaq məcburiyyətindədir. Ancaq bununçün BMT Təhlükəsizlik Şurasının daimi beş üzvü də yenidən təşkil edilməlidir. Çox təbiidir ki, bu islahata heç vaxt razı olmazlar. Digər variant isə Baş Assambleya, yəni 193 üz dövlət bir araya gələrək dəyişiklik qərarları verməlidir. Ancaq bu da mümkün olan işə bənzəmir. Çünki onların çoxu böyük və zəngin millətlərin təzyiqi altında olan kiçik və yoxsul dövlətlərdir. Kiçik və yoxsul olanlar BMT sisteminə meydan oxuma cəsarətinə malik deyil, çünki bilirlər ki, "böyük qardaş"ın min bir təzyiq və təcavüzünə məruz qalarlar.

  Beləliklə, BMT-nin islahatlar üçün vəziyyətdən çıxış yolu görünmür. Ümid başqa yerdədir. Nəhəng struktur maneələrə baxmayaraq, bənzər tale, müdriklik və vicdana malik, eyni düşüncə sahibi olan ölkələr dünyanın yoxsul, zəif və məzlum insanları üçün güclərini birləşdirə, gündəmi təqib edərək ədaləti, bərabərliyi və hörməti təsis etmək üçün cəsarət və qətiyyət göstərə bilərlər.  



Әlaqәli Xәbәrlәr