Adnan Menderes ölümünün ildönümündə yad edildi

Türkiyənin Baş nazir Binəlı Yıldırım Adnan Menderes, Fatin Rüştü Zorlu və Həsən Polatkanı edam edilməsinin ildönümündə yad edib.

808396
Adnan Menderes ölümünün ildönümündə yad edildi

  16-17 sentyabr 1961-ci ildə baş verənlərin Türkiyənin yaddaşında dərin izlər buraxdığını söyləyən B.Yıldırım bunları qeyd edib:

  "Menderes bütün həyatını Türkiyənin demokratikləşməsi və inkişafına həsr etmiş bir dövlət xadimi olub. Türk xalqının qəlbində müstəsna yeri var. Türkiyənin dünyaya inteqrasiyası və dəyişməsinə böyük xidmətlər göstərib. Millətə xidmət yolunda canını fəda etmiş mərhum Menderes xalqımızın qəlbində bir qəhrəman kimi yer tutub. Ona zərbə vurduqdan sonra onu və yoldaşlarını ədalətsiz və qeyri-qanuni şəkildə mühakimə etdilər, edam edərək tarixə qara ləkə saldılar. Türkiyə onları əsla bağışlamayacaq. Yaxın siyasi tariximizin mühüm şəxsiyyətləri arasında yer alan mərhum Adnan Menderes, Fatin Rüstü Zorlu və Həsən Polatkanı ölümlərinin ildönümündə rəhmət və ehtiramla yad edirik".



Әlaqәli Xәbәrlәr