"Referendum keçirilsə belə, biz onu qəbul etməyəcəyik”, H.İbadi

Türkiyənin Baş naziri Binəlı Yıldırım iraqlı həmkarı Heydər İbadilə telefonda danışıb.

808176
"Referendum keçirilsə belə, biz onu qəbul etməyəcəyik”, H.İbadi

  B.Yıldırım sentyabrın 14-də İraqda törədilən və 80-dən çox insanın ölümü nəticələnən terror hücumuna görə İbadiyə və xalqına başsağlığı verdikdən sonra İraq Kürd Regional Rəhbərliyinin 25 sentyabrda keçirmək istədiyi referendum məsələsinə toxunub. Türkiyənin bu addımı tamamilə yanlış hərəkət hesab etdiklərini nəzərə çatdıran Yıldırım Erbil rəhbərliyinin bu təşəbbüsdən imtina etməsi üçün İraqla birlikdə çalışmağa hazır olduğunu vurğulayıb.

  İraq Baş naziri bu referenduma təkcə Bağdad hakimiyyəti deyil, beynəlxalq aləmin də qarşı olduğunu söyləyərək deyib: “Referendum keçirilsə belə, biz müstəqillik qərarını tanımayacağıq”.



Әlaqәli Xәbәrlәr