Əgər İraq bölünərsə, türkmənləri nə gözləyir?

İraq Türkmən Cəbhəsinin (ITC) lideri Erşad Salehi İraq Kürd Regional Rəhbərliyinin 25 sentyabrda keçirəcək referendumunun təxirə salınması deyil, ləğv edilməsi lazım olduğunu söylədi.

808114
Əgər İraq bölünərsə, türkmənləri nə gözləyir?

  E.Salehi və Türkiyə Böyük Birlik Partiyasının (BBP) sədri Mustafa Destici paytaxt Ankarada birgə mətbuat toplantısında referendum qərarı ilə çıxış ediblər. İraq Türkmən Cəbhəsinin (ITC) lideri Erşad Salehi deyib:

  "Referendumu türkmənlərdən, hökumətdən, ərəblərdən başqa kürdlər də istəmir. Çünki bu qərar hamıya təsir edəcək.

  İraqın şimalında yaşanan gərginlik Suriyada da baş verir. Hər iki ölkədə baş verən zülmlərə ən çox türkmənlər məruz qalır.

  İraq bölünərsə, Suriyadakı türkmənlərin başına gələnlər İraqdakı türkmənlərin də başına gələcək.

  İraqın bütövlüyünün pozulmasının qonşularına da böyük təsirləri olacaq. Əslində referendum həyata keçərsə, kürd liderləri də əllərində olanları itirəcəklər. Onlar türkmənləri zəif görərək istədiklərini edə biləcəklərini düşünür, amma türk dünyası və türkmənlərin iradəsini görmürlər.”

  Türkiyə Böyük Birlik Partiyasının (BBP) sədri Mustafa Destici də öz növbəsində bu sözləri deyib:

  "Türkmenelində türkmən qardaşlarımız bizim üçün üstündür. Çünki biz nəyiksə, onlar da odur. Yəni Ankarada yaşayan türklər nədirsə, Kərkükdə, Telaferdə, Tazehurmatuda yaşayanlar odur. Heç bir fərqləri yoxdur.

  İraqın şimalında əsrlərdir ərəb, kürd və türkmənlər qardaş kimi yaşayıb. Son dövrlər imperialist qlobal güclər, sionist oyunbazlar və dəzgahları oranı bir qan gölünə çevrilib. İnsanların etnik mənşə və məzhəb fərqliliklərini qarşılaşdıraraq döyüşdürür, onları bir-birinə öldürtdürür, bir-birinin yurduna hücum etdirirlər.

  Bərzani müstəqillik referendumu qərarını gözdən keçirməlidir. Dövlətimiz və millətimiz bu məsələdə çox qərarlıdır: İraqın şimalında referendum keçirilməsini heç vaxt qəbul etməyəcək. Bu sözləri hökumətimiz ən yüksəkdə oturanlara qədər deyib. Biz də Türkiyənin Böyük Birlik Partiyası (BBP) olaraq bu məsələdə birmənalı mövqeyimizi ortaya qoyduq".



Әlaqәli Xәbәrlәr