Türkiyəyə qeyri-qanuni yollarla keçən yüzdən çox qaçqın yaxalandı

Bolu şəhərində saxladılan bir avtobusda Pakistan, Əfqanıstan, Somali, Myanma və Banqladeşdən olan 121 nəfər müəyyən olunub.

805139
Türkiyəyə qeyri-qanuni yollarla keçən yüzdən çox qaçqın yaxalandı

  Türkiyəyə qeyri-qanuni yollarla keçən qaçqınlar təsbit edilir.   

  Bolu şəhərində saxladılan bir avtobusda Pakistan, Əfqanıstan, Somali, Myanma və Banqladeşdən olan 121 nəfər müəyyən olunub.   

  Karabük-Gerede şose yolu ilə İstanbul istiqamətinə gedən sərnişin avtobusunda qaçqınların getdiyi xəbərini alan Gerede Rayon Jandarma Komandanlığı briqadaları işə başlayıb. Yolcu avtobusunu Gerede yaxınlığında saxladan jandarma işçiləri qaçaq yollarla Ağrı sərhəd məntəqəsindən ölkəyə girmiş 91 Əfqanıstan, 24 Pakistan, 2 Banqladeş, 2 Myanma, 1 Suriya və 1 Somali vətəndaşını avtobusdan düşürdüb. 26-ı uşaq, 5-i qadın olmaqla bu xarici vətəndaşlar miqrasiya idarəsinə aparılıb.

  Egey dənizi vasitəsilə də Türkiyədən qeyri-qanuni yollarla Yunanıstana keçməyə çalışan Suriya əsilli 46 nəfər yaxalanıb. Bu qrup rezin qayıqla İzmirin Çeşmə rayonu Karaabdullah burnundan Yunanıstanın Saqqız adasına keçmək üçün dənizə açılıb. Sahil təhlükəsizlik qruplarının əməliyyatı nəticəsində qayıq saxlanılıb, aralarında qadın və uşaqların da olduğu suriyalı qaçqınlar yaxalanıb və Miqrasiya İdarəsi Rayon şöbəsinə təhvil verilib.



Әlaqәli Xәbәrlәr