Sakarya zəfərinin ildönümü qeyd olunur

Prezident Rəcəb Tayyib Ərdoğan, Sakarya zəfərinin ildönümü münasibətiylə bəyanat verib.

805607
Sakarya zəfərinin ildönümü qeyd olunur
binalı yıldırım.jpg

Prezident Ərdoğan Sakarya zəfərinin əhəmiyyətinə diqqət çəkərək: Türkiyə respublikası Sakarya döyüşündə olduğu kimi eyni əzm və qətiyyətlə, daha güçlü gələcəyə sahib olacaq yolda addımlayır. Sakarya zəfərinin hərbi və siyasi nəticələri sayəsində Qurtuluş Döyüşünün gedişadı dəyişərək, Məclisin beynəlxalq cəmiyyət nəzdində etibarının artmasına töhvə verdi. Bu mübarizədə əziz millətimiz, ölümü gözə alaraq inamına və istiqlalına yiyələndi. Başda Qazi Mustafa Kamal Atatürk olmaqla Qurtuluş Döyüşünün bütün qəhrəmanlarını rəhmət və minnətdarlıqla xatırlayıram. Sakarya zəfəri Türkiyə Respublikasına uzanan yolda Türk Millətinə güc bəxş etdi. Bizlər  də  bu dövləti əbədiyyətə dək qorumaq və yeni nəsillərə daha gözəl gələcək hazırlamaq yolunda əzm ilə addımlamaqda davam edəcəyik”.

Baş nazir Binali Yıldırım mesajında: “Qəhrəmanlıq, fəzilət və fədakarlığın milli və mənəvi əlamətlərini daşıyan dastanlar böyük bir millət olmanın ən bariz nümunəsidir. Türk milləti, malik olduğu mənəvi güc və müstəqillik inancı ilə böyük bir qəhrəmanlıq sərgiləyərək şərəfli tarixini Azadlıq hərbi əfsanəsi ilə bəzəmişdir. Sakarya Zafəri isə azadlıq mübarizəmizin ən həssas mərhələsində qazanılan və böyük zəfəri müjdələyən dastandır.



Әlaqәli Xәbәrlәr