İslam ölkələri Arakan üçün birlikdə mübarizə aparmalıdır

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstanın paytaxtı Astanada İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya sammitinin açılış iclasında çıxış edən zaman söylədi.

804234
İslam ölkələri Arakan üçün birlikdə mübarizə aparmalıdır

 Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstanın paytaxtı Astanada İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya sammitinin açılış iclasında çıxış etdi.
 
 Ərdoğan arakanlı müsəlmanlara qarşı qətliamlar haqqında: "Bölgədə baş verən insanlıq faciəsinin qarşısını almaq üçün Myanma və Banqladeş hökumətləri ilə bigə işləmək istəyirik. Təzyiqlərdən və qırğınlardan xilas olmaq üçün torpaqlarına sığınan müsəlmanlara lazımi qayğının göstərilməsi ilə əlaqədar gözləntilərimizi və yardım təklifimizi Banqladeş orqanlarına çatdırdıq. Beynəlxalq təşkilatlar, xüsusən də, İslam ölkələri olan bizlər əlimizdən gələn bütün imkanlarla bu zülmə son qoyulması üçün birlikdə mübarizə aparmalıyıq" dedi.
 
 İsrailin Qüds və Hərəmi Şərifə qarşı rəftarına toxunan Ərdoğan:" İlk qibləmiz Qüdsün və Hərəmi Şərifin müqəddəsliyinə xələl gətirilməsinə yol verə bilmərik. Məscid-i Əqsaya qarşı hörmətsizliklərin, təhriklərin və təxribatların qarşısının alınması üçün daha qətiyyətli mövqe tutmalıyıq" dedi.
 
Astanada ikitərəfli görüşlər keçirən Türkiyə prezidenti İran prezidenti Həsən Ruhani, və Əfqanıstan Prezidenti Əşrəf Qəni ilə ayrı-ayrılıqda bir araya gəldi.



Әlaqәli Xәbәrlәr