İngilis siyasətçisi Ajmal Masroor: "Sizin çox cəsur və doğru bir lideriniz var"

İngilis siyasətçisi Ajmal Masroor Türkiyəyə Arakan müsəlmanlarına dəstək verdiyinə görə minnətdarlığını bildirdi.

804134
İngilis siyasətçisi Ajmal Masroor: "Sizin çox cəsur və doğru bir lideriniz var"

 İngiltərənin paytaxtı Londonda "Rohingya Minority Crisis Group, Muslim Voices, Burmese Rohingya Organisation UK", "Muslim Association of Britain", "Samwatch" və "Restlessbeings" dərnəkləri tərəfindən "Rohingya Müsəlmanları, Səssiz Soyqırım" başlıqlı konfrans keçirildi.
 
 Whitechapel East London Məscidində Arakan müsəlmanlarının məruz qaldığı zülmə diqqəti çəkmək üçün qeyri-hökumət təşkilatları tərəfindən təşkil olunan konfransda bir araya gələn banqladeşlilər Türkiyəyə dəstəyinə görə təşəkkürlərini bildirdilər.
 
 Daha əvvəl Liberal Demokratlar Partiyasından parlamentin üzvü olmuş imam Ajmal Masroor Anadolu Xəbər Agentliyinə verdiyi müsahibədə  bunları söylədi: "Sizin çox cəsur və doğru bir lideriniz var. Prezident Rəcəb Tayyib Ərdoğan sadəcə danışmır, eyni zamanda, əməli şəkildə yardım edir. Həyat yoldaşı Əminə Ərdoğanı da Arakan müsəlmanlarına kömək etmək üçün Banqladeşə göndərdi. Buna görə onu təqdir edirik. Türkiyədən gözləntimiz arakanlı müsəlmanların bu ağır vəziyyətdən xilas edilməsidir".



Әlaqәli Xәbәrlәr