"Arakanda yaşanan insanlıq faciəsinə son qoyulması üçün çoxtərəfli diplomatiyamızı davam etdiririk"

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Arakanda yaşanan insanlıq faciəsinə son qoyulması üçün çoxtərəfli diplomatiyanın davam etdiyini söyləyib.

803568
"Arakanda yaşanan insanlıq faciəsinə son qoyulması üçün çoxtərəfli diplomatiyamızı davam etdiririk"

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Arakanda yaşanan insanlıq faciəsinə son qoyulması üçün çoxtərəfli diplomatiyanın davam etdiyini söyləyib.

Dövlət başçısı Ərdoğan Qazaxıstanın paytaxtı Astanada sentyabrın 9-11-də keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının zirvə yığıncağında iştirak etmək üçün yola düşüb.

Ərdoğan Atatürk Hava Limanında hərəkətindən əvvəl jurnalistlərə verdiyi bəyanatda Arakanda yaşanan insanlıq faciəsinə son qoyulması üçün çoxtərəfli diplomatiyanın davam etdirildiyini, 20-dən artıq ölkə lideri ilə görüşdüyünü deyib.

Dövlət başçısı həyat yoldaşının, xarici işlər naziri, oğlu və nazirlərlə Banqladeşə sığınan müsəlmanlara baş çəkdiyini vurğulayıb: “Problemi bütün məsələdə tərəf olan hər kəslə müzakirə edirik. Bir tərəfdən də humanitar yardımlarımızı davam etdiririk. Az belə olsa ölkəmizin yardımları sayəsində nəticə əldə etməyə başladıq. Ümid edirəm ki, Astanada keçiriləcək bu zirvə yığıncağı yaşanan faciəyə qarşı bir səs olacaqdır. Banqladeş rəhbərliyi orada bizə bir bölgəni ayıra bilsə bölgədə çadır düşərgələr qurmağı planlaşdırırıq”.

Zirvə yığıncağında arakanlı müsəlmanlarla əlaqəli dövlət rəhbərləri ilə qeyri-rəsmi toplantı planlaşdırdıqlarını qeyd edən Ərdoğan onu da deyib ki, axan qanın dayandırılması üçün önəmli addımların atılacağına ümid edirəm. Bütün üzv ölkələrin əllərindən gələni edəcəyinə inanıram. Türk Dünyasının ağsaqqalı cənab Nursultan Nazarbayev ilə keçirəcəyimiz görüşlərdə ikitərəfli əlaqələrimizi də müzakirə edəcəyik.  Həmçinin regional və qlobal problemlər də gündəmdə olacaq. İslam Əməkdaşlığı Təşkilatı I Elm və Texnologiya zirvə yığıncağında iştirak edəcəyik. Həmin çərçivədə hökumət və dövlət başçıları ilə geniş miqyaslı görüşlərimiz olacaq.

Ərdoğan Türkiyə və Qazaxıstanın strateji tərəfdaş olduğunu, bu səfərin şura yığıncağının hazırlıqları istiqamətində əhəmiyyət daşıdığını dilə gətirib.

“15 iyul xain çevriliş cəhdindən sonra ölkəmizə səfər edən dəyərli qardaşım cənab Nazarbayev olmuşdur. Qazax xalqının bu qədirşünaslığını unudmayacağıq. Qazaxıstan FETÖ/PYD ilə mübarizəsini davam etdirir və bunların özləri üçün də ciddi təhdid olduğunu bilir”-deyə Dövlət başçısı Ərdoğan ifadə edib.



Әlaqәli Xәbәrlәr