Yaşanan dramdan təsirlənməmək mümkün deyil

Prezident Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan və onu müşayiət edən nümayəndə heyəti, Banqladeşdə, Arakanlı qaçqınların yerləşdikləri Kutupalonq Düşərqəsini ziyarət edib.

802937
Yaşanan dramdan təsirlənməmək mümkün deyil

Əminə xanım Ərdoğan, sığınmaçıları ziyarəti zamanı verdiyi açıqlamada: “Yaşanan dıramdan təsirlənməmək geyri mümkündür. Allah köməkçiləri olsun. Arzumuz bütün dünyanın yaşanan bu zülmə biganə qalmaması, həm yardım əli uzatmaq,  həm də məsələyə siyasi həll yolu tapmağıdır. Əsrimizdə dünyanın gözüləri önündə belə bir vəhşiliyin törədildiyinə inanmaq istəmirəm. Hamımızın övladı var. Bizim uşağımız deyil deyə törədilən cinayətə biganə qala bilmərik. Vəziyyətin məsulu hamımızıq. Bu hiss ilə buradayıq. Yaşananları Dünya ictimaiyyətinə çatdırmaq və yardım etmək məqsədiylə. Hər kəs əlindən gələn yardımı etməlidir. Prezident Ərdoğan da mövzunun BMT-nin gündəminə daxil olması üçün əlindən gələn səyi edəcək”.

Əminə xanım Ərdoğanı müşayiət edən nümayəndə heyətində iştirak edən Xarici işlər naziri Mevlüt Çavuşoğlu da Myanmardaki şiddət hadisələrindən qaçaraq düşərgəyə çatan Arakanlı Müsəlmanlara dəstək məqsədiylə Banqladeşə gəldiklərini ifadə edərək: “ Biz buradakı insanların yanında olduğumuzu göstərmək istədik. Bu dəstəyimizi Beynəlxalq Miqrasiya Təşkilatı ilə birlikdə davam etdirəcəyik. Banqladeşli dostlarımızdan yardım mövzusunda bizimlə əməkdaşlıq etmələrini tələb  etdik. Bütün dünyaya bölgədə törədilən cinayətləri göstərmək istiyirik. Prezidentimizin problemin həlli uğrundakı  səylərinin töhvə verməsini arzulayırıq. Astanada İslam dünyası liderləri ilə mövzunu müzakirə etdikdən sonra Nyu-Yorkda genişmiqyaslı görüşlər keçirmək istəyirik. Myanma rəsmiləri ilə də danışıqlarımız davam edir. Prezident Ərdoğan, Myanma prezidenti Aung San Suu cii ilə görüşdü. Ona Arakanlı müsəlmanlara istiqamətli hücumların dayanmasının vacibliyini bildirdi. Ancaq bizim gördüyümüz bəzi fotoşəkillər və kadrları onlar gözdən yayındırırlar. Lakin dəhşətin qarşısının alınmasında əməkdaşlığa zərurət olduğunu  hər  kəs  görməli  və  idrak  etməlidir.



Әlaqәli Xәbәrlәr