Rəcəb Tayyib Ərdoğanla İslam ölkələrinin liderləri arasında telefon danışığı oldu

Türkiyə prezidenti bütün telefon danışıqlarında Myanmada baş verən humanitar böhrana çarə tapmağa yönəlmiş səylərin artırılmasına çağırdı.

799475
Rəcəb Tayyib Ərdoğanla İslam ölkələrinin liderləri arasında telefon danışığı oldu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qurban bayramı münasibətilə İslam ölkələrinin liderlərilə  telefon görüşləri keçirdi.
 
Türkiyə prezidenti bütün telefon danışıqlarında Myanmada baş verən humanitar böhrana çarə tapmağa yönəlmiş səylərin artırılmasına çağırdı.

 Ərdoğan Mavritaniya prezidenti Məhəmməd Vələd Əbdüləziz, Pakistan prezidenti Məmnun Hüseyn, İran prezidenti Həsən Ruhani və Qətər Əmiri Şeyx Təmim  bin Həməd əl Sani ilə telefonla görüşdü.
 
 Prezident Qurban bayramının başda İslam dünyası olmaqla, bütün bəşəriyyətə xeyir gətirməsini arzu etdi, Suriya, İraq, Yəmən, Fələstin və Liviyada yaşanan problemlərin müsəlmanların bayram sevincinə kölgə saldığına diqqət çəkdi.
 
Ərdoğan Myanmada müsəlmanlara qarşı zorakılığın İslam dünyasını dərindən kədərləndirdiyini ifadə etdi.
 
  



Әlaqәli Xәbәrlәr