Dövlət Bahçeli xalqı Qurban bayramı münasibətilə təbrik etdi

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bahçeli təbrikində Arakanda baş verən vəhşiliyə diqqət çəkdi, təcili diplomatik müdaxilə üçün çağırış etdi.

799479
Dövlət Bahçeli xalqı Qurban bayramı münasibətilə təbrik etdi

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bahçeli xalqı Qurban bayramı münasibətilə təbrik etdi.
 
Dövlət Bahçeli İraqın şimalındakı referendum qərarını sərt sözlərlə tənqid edərək: "Kərkükün qondarma referenduma daxil edilməsi xəyanətlər siyahısına yeni bir əlavədir. Türkmən yurdunu əsl sahiblərindən qoparma cəhdlərinə əsla yol verilməməlidir" dedi.
 
 Dövlət Bahçeli təbrikində terrorla mübarizəyə də toxunaraq: "Türkiyə xain və düşmən mövqeyi tutan  təşkilatlara göz açdırmamalı, fitnəni yuvasında məhv etməlidir" ifadəsini işlətdi.
 
 MHP sədri  Arakan müsəlmanlarının qətliamının qarşısının alınması üçün  təcili humanitar və diplomatik müdaxilələrə ehtiyac olduğunu bildirdi.



Әlaqәli Xәbәrlәr