2 yarım milyon müsəlman hacı oldu

Türkiyədən bu il təxminən 100 min nəfər hacı oldu.

799714
2 yarım milyon müsəlman hacı oldu
muzdelife.jpg

Müqəddəs torpaqlarda olan 2 yarım milyon müsəlman hacı oldu.
 
 Müsəlmanlar Müzdəlifəyə hərəkət edəcəkləri vaxta qədər ibadətlərini davam etdiridilər.
 
 İnsanlar namazlarını qıldıqdan sonra təlbiyə və təşrik təkbirləri gətirərək, Həzrəti Adəm ilə Həzrəti Həvvanın yer üzündə görüşdüyü və ilk tövbənin qəbul edildiyi Nur dağına və çadırlara tərəf getməyə başladılar.
 
 Ərəfat ilə Müzdəlifə arasındakı yolu piyada, və ya avtobuslarla gedən hacılar Müzdəlifədə şeytanı daşlamaq üçün daş topladılar, burada bir gecə keçirəndən sonra səhərə yaxın Minaya doğru yola düşdülər.
 
 Hacılar şeytana daş atdıqdan sonra Kəbəyə getdilər. 

Türkiyədən bu il təxminən 100 min nəfər hacı oldu.


Etiketlәr: #müsəlmanlar , #hacı , #Kəbə

Әlaqәli Xәbәrlәr