Türkiyənin Yəmənə humanitar yardımları

Türkiyənin Yəmənə humanitar yardım fəaliyyətləri çərçivəsində Hadramevt vilayətindəki ehtiyacı olan ailələrə 15 min paket un paylandı.

797628
Türkiyənin Yəmənə humanitar yardımları

Türkiyənin Yəmənə humanitar yardım fəaliyyətləri çərçivəsində Hadramevt vilayətindəki ehtiyacı olan ailələrə 15 min paket un paylandı.
 
 Hadramevt valisinin müavini Abdulhadi ət-Təmimi mətbuata verdiyi müsahibədə 15 min un paketinin vilayətin 16 rayonunun əhalisinə paylanıldığını bildirdi.
 
 Təmimi:" Ölkəmizin bu ağır günlərində yardım əlini uzadan qardaş Türkiyə xalqına və hökumətinə təşəkkür edirik" dedi.
 
 Türk Qızılayı bu ay ərzində Şebvə, Ebyən, Hadramevt və Mərib şəhərlərində ümumilikdə 120 min paket un paylayıb.
 
 Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın başlatdığı "Ümidi Ol" kampaniyası çərçivəsində AFAD və Türk Qızılayı tərəfindən göndərilən humanitar yardımı Yəmənə daşıyan "Blue Fury" adlı gəmi iyulun 18-də Ədən Limanına çatmışdı.
 
 Yardım gəmisində 10 min ton un, su təmizləmə sistemləri, 50 ton dərman və 2 səhra xəstəxanasının olduğu bildirilmişdi.


Etiketlәr: #Terkiyə , #Yəmən , #yardım

Әlaqәli Xәbәrlәr