Binəli Yıldırım:"Türkiyənin səhiyyə xidmətində mühüm irəliləyişlər var"

Türkiyənin baş naziri Binəli Yıldırım ölkənin səhiyyə sisteminin mühüm irəliləyiş əldə etdiyini söylədi.

797000
Binəli Yıldırım:"Türkiyənin səhiyyə xidmətində mühüm irəliləyişlər var"

Türkiyənin baş naziri Binəli Yıldırım paytaxt Ankarada 300 təcili tibbi yardım maşınının paylanması tədbirində çıxış etdi.
 
 Baş nazir çıxışında ölkənin səhiyyə sisteminin mühüm irəliləyiş əldə etdiyini söylədi və:"Səhiyyədə  qanuni dəyişikliklər, islahatlar həyata keçirilərkən vətəndaşın gözləntilərini əsas götürdük. Hazırda səhiyyə sistemimiz otel keyfiyyətində xidmət verir" dedi.
 
Binəli Yıldırım hazırda Türkiyədə 5 mindən çox  təcili tibbi yardım maşınının,3 təyyarə, 17 helokopterin, 4 dəniz sanitar qayığının olduğunu qeyd etdi.



Әlaqәli Xәbәrlәr