Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Malazgirt zəfərinin 946-cı ildömünü münasibətilə bəyanat yaydı

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan bu torpaqların vətən olması  üçün əcdadın ödədiyi bədəlin Cümhuriyyətin ən böyük zəmanəti olduğunu söyləyib.

796780
Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Malazgirt zəfərinin 946-cı ildömünü münasibətilə bəyanat yaydı

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan bu torpaqların vətən olması  üçün əcdadın ödədiyi bədəlin Cümhuriyyətin ən böyük zəmanəti olduğunu söyləyib.

Cümhurbaşqanlığı Mətbuat Xidmətinin məlumatına əsasən, Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 26 avqust Malazgirt zəfərinin 946-cı ildömünü münasibətilə bəyanat yayıb.

“Türk millətinə Anadolunun qapılarını açan, bu müqəddəs torpaqlarda birlik, bərabərlik və qardaşlığa əsaslanan yeni bir anlayışın hakim olmasına imkan yaradan” Malazgirt zəfərinin ildömününü təbrik edən Ərdoğan bildirib ki, Malazgirt zəfərindən sonra Anadoluda hökm sürən əcdadımız əsrlər boyunca davam edəcək mədəniyyət yürüşümüzün ən gözəl tətbiqlərini, ən görkəmli əsərlərini yaratmışdır.

“Ötən əsrlər boyunca Malazgirt ruhu, əziz millətimizə həmişə ilham mənbəyi olub. Ədələtli və mərhəmətli idarə anlayışı ilə tarixdə öz yerini tutan Sultan Alparslanın rəhbərliyində 1071-ci ildə Anadolu torpaqlarına əkilən toxumlar böyüyürək, 7 iqlim 4 qitəni əhatə etmişdir. Əziz millətimizin şanla, şərəflə, uğurlarla dolu tarixində yeni dövrün qapılarını açan Malazgirt zəfərinin qazanılmasına imkan yaradan ortaq ideyalarımız və tərəfdaşlarımız Cümhuriyyətimizin qurulması zamanı da ən böyük mürşidimiz olub. Bugün də Malazgirt zəfərindən aldığımız ilhamla dövlət və millət olaraq böyük, güclü, firavan gələcəyimizi yaratmağa cəhd göstəririk. Bu düşüncələrlə Malazgirt zəfərinin 946-cı ildönümündə böyük komandir Sultan Alparslan və əziz şəhidlərimizi rəhmət və minnətlə xatırlayır, bütün vətəndaşlarımı qəlbən salamlayıram” deyə Dövlət başçısı vurğulayıb.



Әlaqәli Xәbәrlәr