Prezident Rəcəb Tayyib Ərdoğan İordaniya kralı ilə görüşüb

Dövlət başçısı Ərdoğan, Ammana səfəri çərçivəsində İordaniya Kralı Abdullah tərəfindən rəsmi mərasimlə qarşılanıb.

793956
Prezident Rəcəb Tayyib Ərdoğan İordaniya kralı ilə görüşüb

El Hüseyniyə sarayında təşkil edilən qarşılama mərasimindən sonra prezident Ərdoğan ilə Kral 2-ci Abdullah ikilikdə görüşüb. Daha sonra heyətlər arası danışıqlar olub.

Görüşlər zamanı Yaxın Şərqdə cərəyan edən proseslər və iki ölkə arasında iqtisadi məsələlər, ticarət əlaqələrinin irəli pillələrə qaldırılması və investisiyaların artırılması kimi mövzular müzakirə ediləcək.

Qeyd edək ki, Prezident Ərdoğana bir günlüyünə reallaşdırdığı səfəri zamanı Xarici işlər naziri Mevlüt Çavuşoğlu, Enerji və Təbii Qaynaqlar naziri Bərat Albayrak, nəqliyyat, Dənizçilik və İnformasiya naziri Əhməd Arslan ilə MİT rəhbəri Hakan Fidan müşayiət edir.



Әlaqәli Xәbәrlәr