Rәcәb Tayyib Әrdoğan İspaniya Kralı VI Felipә başsağlığı verib

Bu barәdә Prezident Aparatının mәtbuat xidmәtindәn verilәn mәlumatda bildirilib.

792170
Rәcәb Tayyib Әrdoğan İspaniya Kralı VI  Felipә  başsağlığı verib

 

Türkiyәnin dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan  Barcelonada törәdilәn terror aktı ilә әlaqәdar  İspaniya Kralı VI  Felipә  başsağlığı mәktubu ünvanlayıb.

Bu barәdә Prezident Aparatının mәtbuat xidmәtindәn verilәn mәlumatda bildirilib.

Mәlumata görә, dövlәt başçısı mәktubunda  xain hücum nәticәsindә hәyatını itirәnlәr vә xәsarәt alanlar barәdә xәbәrә görә kәdәrlәndiyini ifadә edib.

 ‘‘Bütün bəşəriyyətin ortaq dəyərlərinə yönəldilmiş olan bu hücumları qəti şәkildә  pisləyirəm",- deyә dövlәt başçısı qeyd edib.

Rәcәb Tayyib Әrdoğan  Türkiyənin dost İspaniya xalqının kədərini bölüşdüyünü vә müttəfiq İspaniya ilə bu çətin günündə tam hәmrәy  olduğunu vurğulayıb.

Dövlәt başçısı mәktubunda Kral VI Filip başda olmaqla bütün İspaniya xalqına başsağlığı verib.



Әlaqәli Xәbәrlәr