Ərdoğan İordaniyaya gedir

Prezident Rəcəb Tayyib Ərdoğan, 21 Avqustda İordaniyaya rəsmi səfərə gedəcək.

791713
Ərdoğan İordaniyaya gedir

Prezident Ərdoğan İordaniyaya səfəri çərçivəsində kral Abdullah ilə bir araya gələcək. Görüş zamanı İki ölkə arasındakı əlaqələr başda olmaqla, İsrail-Fələstin münaqişəsi, Suriyada cərəyan edən proseslər, İraq Kürd Regional Rəhbərliyində Sentyabr ayında təşkil ediləcək referandum mövzusu və Körfəzdə yaşanan böhran müzaekirə ediləcək.

Türkiyə-İordaniya əlaqələrinin 70- ci il dönümünə tədasüf edən bir günlük səfər çərçivəsində turizm, sənaye və dəniz yolları ilə əlaqəli atılacaq addımlar da gündəmə daxil ediləcək.

Qeyd edək ki, ötən ay Ərdoğan ilə Kral Abdullah arasında telefon danışığı baş tutmuşdu. Həmin görüşdə İsrailin Məscidi-i Əqsa ilə bağlı atdığı addımlara görə baş verən böhran barədə fikir mübadiləsi edilmişdi.



Әlaqәli Xәbәrlәr