“Türkiyənin üzü həm Qərbədir, həm Şərqə”, B.Yıldırım

Türkiyənin Baş naziri paytaxt Ankarada Yunus Emre İnstitutunun XVIII "Türkcə Yay Məktəbi" tədbirinin bağlanma mərasimində çıxış edib.

790484
“Türkiyənin üzü həm Qərbədir, həm Şərqə”, B.Yıldırım

  Türkiyənin paytaxtı Ankarada Yunus Emre İnstitutunun XVIII "Türkcə Yay Məktəbi" tədbirinin bağlanma mərasimində çıxış edən Türkiyənin Baş naziri Binəli Yıldırım deyib: “Gənclər ictimai media dilində danışarkən, yazarkən türk dilinin təmizliyinə diqqət etməlidir... Yunus Emre İnstitutunun xarici ölkələrdəki fəaliyyətləri çox gözəldir. Buna görə institutu təbrik edir, müvəffəqiyyətlərinizin davamını arzulayıram. Ölkələr mədəni və tarixi köklərini əllərindəki hər cür imkanla xarici siyasət vasitəsinə çevirmə səyi içərisindədir. Türkiyə də dəyişmə prosesindən kənarda qalmadı, qalmayacaq. Son 15 ildə zamanın ruhuna uyğun xarici siyasət vasitələrini zənginləşdirmək üçün böyük həmlələr etdik və istəklərimizi reallaşdıra bildik. Çünki Türkiyənin üzü həm Qərbədir, həm Şərqə”.  



Әlaqәli Xәbәrlәr