Yerli kömür və yerli stansiya konsepsiyası Türkiyə üçün böyük əhəmiyyət kəsb edir

Bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayraq Çanaqqalanın Çan rayonunda yerləşən "18 Mart Termik  Stansiyas"ında keçirdiyi iclasda söylədi

788796
Yerli kömür və yerli stansiya konsepsiyası Türkiyə üçün böyük əhəmiyyət kəsb edir

Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayraq Çanaqqalanın Çan rayonunda yerləşən "18 Mart Termik Stansiyası"nda oldu. 

 Nazir burada  televiziya kanallarının iqtisadiyyat şöbələrinin redaktorları ilə iclas keçiridi.
 
 Berat Albayrak  yerli kömür və yerli stansiya konsepsiyasının Türkiyə üçün böyük əhəmiyyət kəsb etdiyini bildirdi, ölkənin 15 milyard ton kömür ehtiyatına malik olduğunu qeyd etdi.
 
 Enerji və təbii sərvətlər naziri: "Növbəti 5-10 il ərzində bu rəqəm daha da artacaq, çünki strateji və regional mənada apardığımız yeni geofiziki, geokimyəvi  axtarış-kəşfiyyat işlərinin nətincəsində müəyyən olunan yeni mənbələrlə qarşıdakı dövrdə daha böyük sərvətlər əldə edəcəyik. Bundan heç bir şübhəmiz yoxdur" deyə danışdı.
 
Nazir  günəş, külək, su elektrik stansiyaları və kömür stansiyalarından maksimum səviyyədə istifadə edilməsinin vacibliyinə diqqət çəkdi və: "Tələbatın bütünlüklə bir mənbə ilə ödənilməsi həm məhsuldarlıq, həm də regional enerji  tarazlığı baxımından doğru deyil. Yenilənə bilən enerji ekoloji baxımdan çox əhəmiyyətlidir.  Yeni texnologiyalarla həmlə edərək idxal kömürə nisbətən yerli kömürün önə çıxarılmasını təmin edəcəyik" dedi.



Әlaqәli Xәbәrlәr