Ərdoğan:"Millətimizi bölə, bayrağımızı endirə bilməyəcəksiniz"

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Spartada meyvə şirəsi istehsalı kompleksinin açılış mərasimində bildirdi.

788795
Ərdoğan:"Millətimizi bölə, bayrağımızı endirə bilməyəcəksiniz"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Spartada meyvə şirəsi istehsalı kompleksinin açılış mərasimində çıxış etdi.
 
 Prezident çıxışında:" Avropa ölkələrinin ölkəmizə qarşı iradlarının əksəriyyətinin öz daxili siyasətləri ilə bağlı olduğunu bilirik. Hollandiyanın 16 aprel referendum prosesində tamamilə lazımsız bir şəkildə münasibətlərimizi gərginləşdirmə səbəbinin öz seçkiləri olduğunu gördük. Keçmişdə Fransa və Avstriya da bu növ metodlara əl atmışdılar. Ölkəmizdə ixraca, istehsala, məşğulluğa və başqa sahələrə aid bütün iqtisadi göstəricilər müsbət istiqamətdə inkişafdan xəbər verir . Turizmdə də bənzər bir vəziyyətlə qarşılaşırıq. Rəhbəri olduqları media orqanlarında Türkiyə ilə bağlı mənfi kampaniyalar aparanların istirahətlərini ölkəmizdə keçirmələri söylədikləri yalanlara özlərinin də inanmadığını göstərir. Bəzilərinin daim gündəmə gətirdiyi fövqəladə vəzyyət yalnlz terrorla mübarizə məsələsi ilə məhdudlaşmır. Fövqəladə vəziyyət sahibkarlarımızın, sənayeçilərin yatırımlarının qarşısını almağa deyil, onları təminat altına almağa yönəlmişdir "dedi.
 Ərdoğan çıxışını: "Əcdadlarımızdan aldığımız ilhamla yüksək tonla, ürəkdən deyirik ki, bacarmayacaqsınız. Millətimizi bölə, bayrağımızı endirə bilməyəcəksiniz. Azanlarımızı susdura, vətənimizi parçalaya, dövlətimizi yıxa bilməyəcəksiniz. Haqqın və həqiqətin səsini boğa, ümmətin son ümidini qıra bilməyəcəksiniz. Azadlığı uğrunda qanlar tökmüş, canlar fəda etmiş bir millət olaraq bizə meydanı bu soyğunçulara qoyub qaçmaq yaraşmaz" ifadələri ilə bitirdi.



Әlaqәli Xәbәrlәr