Terrorla mübarizə aramsız davam edir

PKK terror təşkilatına mənsub quldurlara qarşı keçirilən hava əməliyyatı nəticəsində 2 terrorçu zərərsizləşdirilib.

786793
Terrorla mübarizə aramsız davam edir

Baş Qərargah Rəisliyinin yaydığı bəyanata görə, Muş vilayətinin Şenyayla bölgəsində hücum üçün hazırlaşdığı aşkarlanan PKK terror təşkilatına mənsub quldurlara qarşı keçirilən hava əməliyyatı nəticəsində 2 terrorçu zərərsizləşdirilib.

Şırnak vilayətinin Silopi qəsəbəsində isə İraqın şimalında sığınacaq yerlərindən qaçan PKK-lı 6 terrorçu təhlükəsizlik qüvvələrinə təslim olub.

Mardin vilayətinin Dargeçit bölgəsində həyata keçirilən əməliyyat nəticəsində xeyli miqdarda əl istehsalı olan partlayıcı və müxtəlif silah-sursat ələ keçirilib.



Әlaqәli Xәbәrlәr