Qətər Türk sənayeçilərini dəvət edir

Türkiyə Egey  Bölgəsi Sənaye Palatasından (EBSO) verilən məlumata görə, Qətər Ticarət Palatasının İdarə Heyətinin üzvü Məhəmməd Mahdi Əl Ahbabinin başçılıq etdiyi Qətər nümayəndə heyəti ilə görüş keçirilib.

784432
Qətər Türk sənayeçilərini dəvət edir

Qətər Ticarət Palatasının İdarə Heyətinin üzvü Məhəmməd Mahdi Əl Ahbabi Türk sənayeçilərini ölkəsinə dəvət etdi.
 
 Egey  Bölgəsi Sənaye Palatasından (EBSO) verilən məlumata görə, Ahbabinin başçılıq etdiyi Qətər nümayəndə heyəti ilə görüş keçirilib.
 
Məhəmməd Mahdi Əl Ahbabi görüşdə çıxış edərək, Səudiyyə Ərəbistanının başçılığı ilə ərəb ölkələrinin Qətərə tətbiq etdiyi embarqoya qarşı ilk yardım gəmisinin İzmirdən gəldiyini xatırladıb.
 
 Ölkəsinin məruz qaldığı embarqoda siyasi və iqtisadi dəstəyini əsirgəməyən Türkiyəyə minnətdarlıqlarını çatdıran Ahbabi Türk sənayeçilərinin Qətərdəki yatırımlardan daha çox pay alması üçün nümayəndəlik açılmasını təklif edib.
 
 Ahbabi Qətər xalqının Türk məhsullarına olan müsbət münasibətindən  danışıb və yatırımların tezliklə həyata keçirilməsini arzu etdiklərini qeyd edib.
  
Qonaq Egey  Bölgəsi Sənaye Palatasının heyətini noyabr ayında keçiriləcək Türk İxrac Məhsulları Sərgisinə dəvət edib.
 
Egey  Bölgəsi Sənaye Palatasının İdarə Heyətinin icraçı direktoru İbrahim Gökçüoğlu da illərdir əməkdaşlıq edən Türkiyə və Qətər arasında münasibətlərin embarqo səbəbindən möhkəmləndiyini bildirib.
 
 Gökçüoğlu Qətər nümayəndə heyəti ilə bağlı danışıqlar barədə Türkiyə Palatalar və Birjalar Birliyinə (TOBB)  və əlaqədar qurumlara məlumat veriləcəyini, bu ölkədə ticarət ofisi açılması işinin sürətləndiriləcəyini qeyd edib.



Әlaqәli Xәbәrlәr