Türkiyəyə məxsus freqat Qətərə çatdı

Türkiyənin Donanma Komandirliyinə məxsus “TCG Gökova” freqatı Qətərin paytaxtı Dohanın cənub-şərqində yerləşən Hamed limanına çatdı.

781332
Türkiyəyə məxsus freqat Qətərə çatdı

Türkiyənin Donanma Komandirliyinə məxsus “TCG Gökova” freqatı Qətərin paytaxtı Dohanın cənub-şərqində yerləşən Hamed limanına çatdı.

Qətər Müdafiə Nazirliyinin açıqlamasında Türkiyənin Donanma Komandirliyinə məxsus “TCG Gökova” freqatının iki ölkənin birgə keçirəcəyi dəniz təlimlərində iştirak etmək üçün 214 nəfərdən ibarət hərbi dəstə ilə Qətərə çatdığı bildirilib.

Türkiyə-Qətər donanmaları arasında keçirilməsi planlaşdırılan təlimlərin Hamed limanı, Doha hava bazası və Qətərin sahili sularında keçiriləcəyinə diqqət çəkilib. Bildirilib ki, bu təlimlər ifratçılıq və terrorla mübarizə üçün Qətər ilə Türkiyə arasındakı hərbi əməkdaşlıq çərçivəsində keçirilir.



Әlaqәli Xәbәrlәr