Son qırıcı da bazanı tərk etdi

Almaniyanın Türkiyənin Adana şəhərində yerləşən hərbi bazası İncirlikdəki əsgər və kəşf təyyarələrini çıxarma qərarından sonra son  "Tornado" kəşfiyyatçı-bombardmançı qırıcı da bazadan ayrıldı.

781373

Almaniya Müdafiə Nazirliyinin ötən gün yaydığı açıqlamada bazadakı 5 təyyarədən axırıncısının da Rheinlandplaz əyalətindəki Büchel bazasına çatdığı bildirilib.

İncirlik bazasını tərk edən kəşf təyyarələrinin İordaniyanın Azrak şəhərindəki Muvaffak Saltı hava bazasında yerləşdirilmədən əvvəl Almaniyada saxlanılması nəzərdə tutulur.

Nazirliyin açıqlamasında Tornado pilotlarının DEAŞ-a qarşı mübarizə çərçivəsindəki kəşfiyyat uçuşlarına ancaq oktyabr ayından sonra davam edə biləcəyi barədə məlumat verilib.

Missiya üçün lazım olan təchizatın oktyabr ayınadək gəmi və təyyarələrlə Türkiyədən İordanidakı Əl Azrak bazasına nəql edilməsinın vacibliyinin vurğulandığı açıqlamada hal-hazırda İordanidakı bazada tikinti işlərinin davam etdiyi qeyd olunub.

Әlaqәli Xәbәrlәr