Konfransdan əvvəl üzv ölkələrin Türkiyədəki səfirlərinin şərəfinə ziyafət verildi

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Filippində keçiriləcək 50-ci Cənub-Şərqi Asiya Beynəlxalq Birliyi - ASEAN Xarici İşlər Nazirləri konfransından əvvəl üzv ölkələrin Türkiyədəki səfirlərinin şərəfinə ziyafət təşkil edib.

781101
Konfransdan əvvəl  üzv ölkələrin Türkiyədəki səfirlərinin şərəfinə ziyafət verildi

   Xarici İşlər Nazirliyində verilən mətbuata qapalı ziyafətdə Çavuşoğlu Filippin Xarici İşlər naziri və Cənub-Şərqi Asiya Beynəlxalq Birliyinin dövri sədri Alan Peter S.Kayetanonun ev sahibliyilə Manilada təşkil ediləcək 50-ci ASEAN Xarici İşlər Nazirləri Yığıncağı çərçivəsində bir sıra tədbirlərdə iştirak etmək üçün 4-6 avqust tarixlərində Filippinə səfər edəcəyini bildirib.

  Qeyd edək ki, ASEAN 1967-ci ildə Tailandın paytaxtı Banqkokda İndoneziya, Malaziya, Filippin, Sinqapur və Tailand arasında Bangkok bəyannaməsinin imzalanması ilə qurulub. Yaranan Birlik iqtisadi, sosial və mədəni inkişafın dəstəklənməsilə yanaşı regional sülh ilə təhlükəsizliyin təmini məsələlərinə də yardım etməyi qarşısına məqsəd qoyub.



Әlaqәli Xәbәrlәr