Mütəşəkkil olaraq immiqrant qaçaqçılığına vasitəçilik etmə maddəsiylə tutuldular

İzmir Jandarma qrupları son bir həftədə qeyri-qanuni yollarla sərhədi keçməyə çalışan 645 xarici vətəndaşı saxlayıb, bunlardan 7-si şübhəli sayılaraq həbs olunub.

780815
Mütəşəkkil olaraq immiqrant qaçaqçılığına vasitəçilik etmə maddəsiylə tutuldular

  İzmir Jandarma Komandanlığı dəniz yolu ilə Avropa ölkələrinə keçməyə çalışan qaçaqlarla mübarizə çərçivəsində bölgədə 24-31 iyul tarixlərində 15 əməliyyat təşkil edilib. Əməliyyatlarda 518-i Suriya, 58-i Əfqanıstan, 19-u Somali, 17-i Konqo, 11-i Pakistan, 9-u İraq və 13-ü digər ölkələrdən olmaqla 645 adam tutulub, onların istifadə etdiyi 2 avtobus, 4 mikroavtobus, bir qayıq, bir rezin qayıq və 74 xilasedici jiletə müsadirə olunub. Tutulan xarici vətəndaşlar Miqrasiya İdarəsi İzmir Şöbə müdirliyinə təslim edilib.

  Jandarma qrupları son bir həftədə həm də 12 şübhəlini nəzarətə alıb. Ədliyyəyə sövq edilən şübhəlilərdən 7-i "mütəşəkkil olaraq immiqrant qaçaqçılığına vasitəçilik etmə" maddəsilə həbs olunub, digərləri məhkəmə nəzarət şərtilə sərbəst buraxılıb.



Әlaqәli Xәbәrlәr