Telefon danışığında Əl-Əqsa Məscidindəki son vəziyyət müzakirə olundu

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan İordaniya Kralı II Abdullah ilə telefonla danışıb.

776845
Telefon danışığında Əl-Əqsa Məscidindəki son vəziyyət müzakirə olundu

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan İordaniya Kralı II Abdullah ilə telefonla danışıb.

Cümburbaşqanlığı mənbələrindən əldə edilən məlumata əsasən, dövlət başçısı Ərdoğanın Dohadan Ankaraya qayıdandan sonra baş tutan telefon danışığında Əl-Əqsa Məscidindəki son vəziyyət müzakirə olunub.

Qüdsdəki Əl-Əqsa məscidinin bütün müsəlmanlar üçün müdəqqəs olduğuna diqqət çəkən Ərdoğan və İordaniya Kralı II Abdullah ölüm hallarına səbəb olan gərginliyə təcili olaraq son qoyulması üçün İsrailin reaksiyasına səbəb olan məhdudiyyətləri götürməsinin vacibliyini vurğulayıb.

İslam Əməkdaşlığı Təşkilatının (İƏT) növbəti sədri olaraq yayımladığı bəyanatla bütün dünyaya çağırış etdiyini xatırladan dövlət başçısı Ərdoğan avqustun 1-də İƏT İcra Komitəsinin yığıncağında da bu məsələnin müzakirə ediləcəyini diqqətə çatdırıb.

Dövlət başçısı Ərdoğan və İordaniya Kralı II Abdullah problemin həlli üçün birgə səy göstərilməsinin vacibliyi barədə də razılıq əldə ediblər.



Әlaqәli Xәbәrlәr