"Nazirlik və nazlirlərimiz artıq bu qurumlara başçılıq edəcək..." B.Bozdağ

Türkiyə Nazirlər Kabinetinin keçən həftə yeni təşkilindən sonra ilk dəfə olaraq dünən (24 iyulda) toplanıb. Yeni Hökumətin sözçüsü Bəkir Bozdağ olub.

776812
"Nazirlik və nazlirlərimiz artıq bu qurumlara başçılıq edəcək..." B.Bozdağ

   Baş nazir Binəli Yıldırımın başçılığı ilə toplanan Nazirlər Kabinetinin yığıncağında B.Bozdağ Nazirliklərin yeni vəzifələrinə toxunaraq deyib:

  "Əvvəlki nazirlərimizə də minnətdarlığımızı bildirir, yenilərinə uğurlar diləyirik.

  Bunları bildirim ki, artıq Milli Təhlükəsizlik Şurası (MTŞ), Milil Kəşfiyyat İdarəsi (MİT), Kütləvi Mülk İdarəsi – Toki, Qənaət Sığorta Fondu (TMSF) və Türkiyə Varlıq Fondu Baş Nazirliyə bağlı olaraq çalışacağını söylədi.

  Hökumət Sözçülüğü, Türkiyə Böyük Millət Məclisi (TBMM), Dövlət Diyanət İdarəsi, Türkiyə Radio-Televiziya Qurumu - TRT və Anodulu Agentliyi (AA) ilə əlaqədar mövzular Yeni Hökumət tərəfindən idarə olunacaq. İqtisadi əlaqələr və banklar Mehmet Şimşəkə tapşırılır. Radio Televiziya Ali Heyəti – RTÜK Fikri İşıka həvalə olunur. Rəcəb Akdağ Kıprıs məsələləri üzrə koordinasiya, Fövqəladə Hallar və Təcili Yardım Rəhbərliyi və İnvestisiya Agentliyi ilə əlaqədar işləri icra edəcək. Mədəniyyətlər İttifaqı layihələri, Xeyriyyə Cəmiyyətləri Baş İdarəsi, Mətbuat, Yayın və İnformasiya Rəhbərliyi Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi – TİKA-nın Baş nazir müavini Mövlud Çavuşoğlu tərəfindən həyata keçiriləcək.”



Әlaqәli Xәbәrlәr