"Fövqəladə vəziyyətin olmasına niyə təəccüblənirsiniz?" S.Kılıç

Səfirlər Amerika Birləşmiş Ştatları və İngiltərə mətbuat ünmayəndələrinə Fətullahçı Terror Təşkilatı – FETÖ-nün hərəkətlərilə məlumat verdilər.

771260
"Fövqəladə vəziyyətin olmasına niyə təəccüblənirsiniz?" S.Kılıç

  Türkiyənin ABŞ-dakı səfiri Serdar Kılıç və İngiltərə səfiri Əbdürrəhman Bilgiç mətbuat nümayəndələrinin 15 İyul çevriliş cəhdilə bağlı suallarını cavablandırıb.

  Serdar Kılıç ABŞ-ın Pensilvaniya ştatında himayə edilən FETÖ başçısının Türkiyəyə qaytarılması və onun 15 İyul və ondan əvvəl törətdiyi cinayətlərə görə məhkəmədə hesab verməli olduğu barədə danışıb. Bir sübut olaraq Adil Öksüzün çevriliş cəhdindən iki gün əvvəl təlimatı Pensilvaniyada F.Güləndən aldığını xatırladıb.

  Amerikalı bir jurnalistin fövqəladə vəziyyətlə bağlı verdiyi suala isə S.Kılıç aktual örnəklərlə cavab verib: "Bu sualı əvvəlcə Fransaya vermək lazımdır. Oradakı terror hücumu hökumətə qarşı deyildi, amma Fransa fövqəladə vəziyyət elan etdi. Türkiyədə isə hökuməti yıxma təşəbbüsü ilə terror hücumu törədildi və həyatını itirən yüzlərlə insan var. Fövqəladə vəziyyətin olmasına niyə təəccüblənirsiniz?"

  15 İyul çevriliş cəhdinin birinci ildönümü münasibətilə İngiltərənin Türkiyədəki səfirliyində keçirilən qəbul-ziyafət tədbirində mətbuat nümayəndələrinin suallarını səfir Əbdürrəhman Bilgiç də cavablandırdı: "Bir il əvvəl Türkiyədə yaşananlar bu təşkilatın başqa bir ölkədə nələr edə biləcəyinin göstəricisidir… 15 İyul çevriliş cəhdinin Türkiyə üçün böyük bir imtahan oldu. Türkiyə xalqı tarixi bir həmrəylik nümunəsi nümayiş etdirərək demokratiyanı qoruduğunu sübut etdi."



Әlaqәli Xәbәrlәr