"15 İyul Çevriliş Cəhdinə "teatr" deyənlərin özləri fetöçüdür”, İ.Kalın

Çevriliş cəhdi müvəffəqiyyətsizliyə uğrayınca, gözləmədikləri nəticə alınınca bu cür sözlər deməyə başladılar.

769452
"15 İyul Çevriliş Cəhdinə "teatr" deyənlərin özləri fetöçüdür”, İ.Kalın

  Türkiyə dövlət başçısı sözçüsü İbrahim Kalın: “Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ) 15 İyul Çevriliş Cəhdinə "teatr" deyənlərin özləri fetöçüdür”, - söylədi.

  SETA Cəmiyyətinin təşkil etdiyi Beynəlxalq 15 İyul Simpoziumunda danışan İ.Kalın dedi: “Əlində tək bir dəlil olmadan belə iddiaları ortaya qoyanlar FETÖ/PYD kimi qruplara dəstək verir. Dedilər: “Bu çevriliş cəhdi bir teatr səhnəsidir”. Kim dedi bunu? FETÖ/PDY deyilmiydi ilk şərhlərində bu sözləri deyən? Çevriliş cəhdi müvəffəqiyyətsizliyə uğrayınca, gözləmədikləri nəticə alınınca bu cür sözlər deməyə başladılar. Dedilər: “İdarəli çevriliş”. Bu sözlər də eyni qapıya çıxır. Milli birlik duyğusunu yox etmək üçün bu zəfərə “idarəli çevriliş” adı qoymaq istəyirlər, tək bir dəlil belə ortaya qoya bilmədən. Amma bu sözlər onların dəyirmanına su tökməyə davam edir. Bu sözlər çevriliş cəhdini edən, dəstəkləyən FETÖ/PYD və bənzər qrupların sözlərinə dəstək verməkdən başqa bir şey deyil".



Әlaqәli Xәbәrlәr